“Apple” korporasiyası “iPhone” və “iPad” cihazlarını noutbuka çevirəcək
“Apple” korporasiyası iki aksesuarın patenti üçün ərizə verib. Bu aksesuarların köməyilə “iPhone” və “iPad” qurğularını noutbuka çevirmək mümkündür.
1news.az ICTnews-a istinadən xəbər verir ki, sözügedən sənəd ABŞ Patent və Əmtəə Nişanları Bürosunun saytında dərc edilib.
Aksesuarlar “iOS” sistemi ilə işləyən qurğular üçün tutqac formasında hazırlanıb. Birinci halda “iPad” ekran rolunda çıxış edir və ona trekpada malik klaviatura birləşdirilir. Öz ekranı ilə təchiz edilmiş ikinci aksesuar “iPhone” üçün nəzərdə tutulub və trekpad rolunu yerinə yetirir.
Sənədə əsasən, qurğu videokart, portlar və noutbuka uyğun başqa atributlara malik ola bilərlər. Ancaq qurğunun işləməsi üçün ona “iOS” sistemli cihaz gərəkdir.
1news.az