Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTO

18:51 - 29 / 03 / 2017
Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin inşası yekunlaşır – FOTO

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir.

1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda, hər iki tərəfdən metal pilləkənlərin quraşdırılması işləri də yekunlaşıb. Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.

Qeyd olunub ki, piyada keçidinin ətrafında 2 avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.

Sözügedən yüngül konstruksiyalı piyada keçidi bir aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir.

Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

1news.az

 

Paylaş:
825

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər