Türkiyədə partlayış: 1 ölü, 1 yaralı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə partlayış: 1 ölü, 1 yaralı

09:14 - 29 / 03 / 2017
Türkiyədə partlayış: 1 ölü, 1 yaralı

Türkiyənin İzmir şəhərinin Buca rayonunda avtomobil partlayıb.

Partlayış nəticəsində avtomobildə olan 1 nəfər həlak olub, 1-i isə yaralanıb.

İnsidentdən bir neçə dəqiqə sonra hadisə yerindən biraz aralıda daha bir partlayış baş verib. Bu partlayış, nəticəsində xəsarət alan olmayıb.

Partlayışların səbəbi məlum deyil. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları gəlib.

Anadolu

 

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər