Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı aqromeşə massivi salınacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı aqromeşə massivi salınacaq

12:37 - 29 / 03 / 2017
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı aqromeşə massivi salınacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb.

1news.az-ın məlumatına görə, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 10 mart tarixli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, Akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçiriləcək.

Alimin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da nəzərdə tutulur.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il 07 fevral tarixində sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub.  Görəkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində  əvəzsiz xidmətləri olub.

1news.az

Paylaş:
594

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər