Elxan Məmmədov FİFA-nın seminarında | 1news.az | Xəbərlər
İdman

Elxan Məmmədov FİFA-nın seminarında

16:04 - 30 / 03 / 2017
Elxan Məmmədov FİFA-nın seminarında

Belarusun paytaxtı Minsk şəhərində FIFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar təşkil olunacaq. 

1news.az AFFA-ya istinadən xəbər verir ki, bu gün başlayan tədbir iki gün davam edəcək.

AFFA-nın baş katibi Elxan Məmmədovun iştirak edəcəyi seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılacaq.

1news.az

Paylaş:
878

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər