Ruhani: İran Xəzəryanı ölkələrlə əlaqələrini daha da genişləndirmək istəyir | 1news.az | Xəbərlər
Dünya

Ruhani: İran Xəzəryanı ölkələrlə əlaqələrini daha da genişləndirmək istəyir

12:37 - 31 / 03 / 2017
Ruhani: İran Xəzəryanı ölkələrlə əlaqələrini daha da genişləndirmək istəyir

Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya İranın yaxın qonşularıdır və rəsmi Tehran Xəzər dənizi vasitəsilə bu ölkələrlə əlaqələrini daha da genişləndirmək istəyir.

Bu sözləri Gilan vilayətinə səfər edən İran Prezidenti Həsən ruhani mətbuat nümayəndələrinə açıqlamasında deyib.

H.Ruhani bildirib ki, Azərbaycan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə investisiya yatırmaq niyyətindədir. Bu yolun istifadəyə verilməsi Hindistandan Rusiyaya, oradan isə Avropa ölkələrinə yüklərin tranzit daşınmasına imkan yaradacaq. Bu yol təkcə Azərbaycan, İran və Rusiya üçün deyil, digər ölkələr üçün də faydalı olacaq. Bəndər-Abbas limanını Rusiya ilə birləşdirəcək Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu beynəlxalq əhəmiyyətə malikdir.

Xatırladaq ki, Gilan vilayətinə səfər edən Prezident H. Ruhani burada 17 infrastruktur layihəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

AZƏRTAC

Paylaş:
662

Sizin üçün xəbərlər

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər