Silahlı Qüvvələrin Hərbi Akademiyasında praktiki məşğələ keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrin Hərbi Akademiyasında praktiki məşğələ keçirilib - FOTO

16:19 - 01 / 04 / 2017
Silahlı Qüvvələrin Hərbi Akademiyasında praktiki məşğələ keçirilib - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsində praktiki məşğələ keçirilib.

1news.az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, məşğələ zamanı kurs dinləyiciləri real vaxt kəsiyində Azərbaycanın hava məkanının qorunması məsələləri və hərbi hissənin yeni texnikası ilə tanış olublar.

Praktiki məşğələnin sonunda akademik kurs adından hərbi hissə komandanlığına xatirə lövhəsi təqdim olunub.

 

Paylaş:
937

Son xəbərlər

Bütün xəbərlər