Dünən Azərbaycanda müşahidə olunan küləyin sürəti açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən Azərbaycanda müşahidə olunan küləyin sürəti açıqlandı

12:35 - 01 / 04 / 2017
Dünən Azərbaycanda müşahidə olunan küləyin sürəti açıqlandı

Martın 31-də müşahidə olunmuş faktiki hava ilə bağlı açıqlama verilib.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Abşeron yarımadası və Abşeron dəniz rayonunda şimal-qərb, şimal küləyinin surəti 20-25 m/s olub (saniyədə 20-25 metr), bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənib.

Azərbaycanın ayrı-ayrı rayonlarında isə şimal-qərb küləyinin maksimal surəti 20-34 m/s təşkil edib.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər