Nömrələrin sahiblərini tapan proqrama Azərbaycanda qadağa qoyuldu
Bir neçə gündür sosial şəbəkələrdə və insanlar arasında ən çox müzakirə olunan "Mage" proqramının Azərbaycanda istifadəsinə qadağa qoyulub.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən proqramla android telefonlarda istənilən mobil nömrənin sahibini tapmaq mümkün idi.
Belə ki, android istifadəçiləri “Play store”da sözügedən proqramı yükləyirdilər. İstədikləri şəxsin nömrəsini yazıb, kimliyini öyrənə bilirdilər.
Bu gündən isə proqram Azərbaycan ərazisində fəaliyyətini dayandırıb.
Qeyd edək ki, "XezerXeber" də sözügedən yeniliklə bağlı süjet hazırlamışdı.
1news.az
4421