“Sumqayıt” “Neftçi”ni əliboş göndərdi | 1news.az | Xəbərlər
İdman

“Sumqayıt” “Neftçi”ni əliboş göndərdi

19:19 - 02 / 04 / 2017
“Sumqayıt” “Neftçi”ni əliboş göndərdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

1news.az “Report”a istinadən xəbər verir ki, açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. “Neftçi” isə 26 xalla 6-cı pilləyə enib.

1news.az

Paylaş:
882

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər