“İnter” AZAL-ı məğlub etdi | 1news.az | Xəbərlər
Futbol

“İnter” AZAL-ı məğlub etdi

19:48 - 02 / 04 / 2017
“İnter” AZAL-ı məğlub etdi

Topaz Premyer Liqasının XXIV turunun ikinci oyununda “İnter” komandası AZAL üzərində 2:1 hesablı qələbə qazanıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, “İnter Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.

“İnter” komandası istəyinə ikinci hissənin əvvəlində - matçın 48-ci dəqiqəsində Denis Silvanın qolu ilə çatıb – 1:0.

Matçın son dəqiqələri baxımlı alınıb. Əvvəlcə 91-ci dəqiqədə Rauf Əliyev hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin iki dəqiqə sonra isə AZAL-ın heyətində Nuqzar Kvirtiya vurulan qollardan birinin əvəzini çıxıb və matç “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

XXIV turdan sonra turnir cədvəlində üçüncü pillədə qərarlaşan “İnter”in aktivində 42 xal var. Hesabında 10 xal olan AZAL isə çempionatın sonuncu pilləsindədir.

1news.az

Paylaş:
1505

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər