Belçikanın Azərbaycandakı səfiri: Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilərlər | 1news.az | Xəbərlər
Siyasət

Belçikanın Azərbaycandakı səfiri: Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilərlər

16:11 - 03 / 04 / 2017
Belçikanın Azərbaycandakı səfiri: Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilərlər

Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

1news.az-a Caspian European Club-dan verilən xəbərə görə, görüşdə Belçika şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək Caspian Energy Forum-2017-də iştirakı mövzusuna, həmçinin Caspian European Club (Caspian Business Club), Caspian American Club və Caspian Energy International Media Group çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Səfirliyin əsas missiyasının Azərbaycanla Belçika arasında yaxşı münasibətlərin qorunub saxlanılmasından ibarət olduğunu qeyd edən səfir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Belçikaya səfər edib. “Azərbaycan Prezidenti İlham Əliyevlə Belçika kralı Filipp arasındakı görüşdə əsasən iqtisadi əməkdaşlıqdan bəhs olunub. Əlbəttə ki, iqtisadiyyatın diversifikasiyası mühüm vəzifə olduğundan Azərbaycan Prezidentinin “yol xəritəsi”nin vacibliyi qeyd olunub”, - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, diversifikasiyaya, eləcə də xarici investorların və xarici şirkətlərin Azərbaycana cəlb edilməsinə böyük zərurət var. “Dövlət başçılarımız qloballaşan dünyada sizin ön cərgələrdə yer tutmalı olduğunuzu anlayırlar. İqtisadiyyatın diversifikasiyası isə Azərbaycanın əsas məqsədlərindən biridir. Belçika şirkətləri bu məsələdə sizə kömək edə bilərlər. Prezident Belçika şirkətlərini Azərbaycana dəvət etməklə onlara açıq-aydın siqnal vermiş oldu”, - deyə Bert Şufs vurğulayıb.

Səfirin sözlərinə görə, Belçika artıq qeyri-neft və qaz sektorunun müxtəlif sahələrində, məsələn, Azərbaycanın logistika, səhiyyə, kənd təsərrüfatı və tikinti sahələrində iştirak edir.

“Azərbaycanın bu cür şirkətləri özünə cəlb etmək niyyətində olan ölkəyə çevrilmək seçimi etməsi olduqca vacibdir. Biz qloballaşan dünyada yaşadığımız üçün qeyd etməliyəm ki, Belçika şirkətləri vaxtaşırı bura gəlir və mənə Azərbaycan barədə suallar verirlər. Buna görə də mən hansı səbəblərə görə məhz Azərbaycana gəlmək lazım olduğunu onlara izah edə bilməliyəm”, - deyə səfir bildirib.

O qeyd edib ki, elektron viza sayəsində Azərbaycana səyahət etmək xeyli asanlaşıb. “Azərbaycanda turizm üzrə konfrans keçirilib və bu açıq-aşkar siqnala çevrilib. Ötən il bu cür konfrans Brüsseldə təşkil olunmuşdur. Turizmdə ölkəni nümayiş etdirmək olduqca vacibdir”, - deyə o, çıxışına davam edib.

“Prezidentin “yol xəritəsi”nin əsas məqsədlərindən biri KOM-ların (kiçik və orta müəssisələr) inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Bu gün kiçik və orta müəssisələrin inkişafı texnologiyanı istiqamətləndirir. Bizə təkcə biznesi aparan yox, həm də təcrübəsi olan və texnologiyadan istifadə etməyi bacaran sahibkarlar lazımdır”, - deyə o qeyd edib.

 Enerji sahəsindən söz açan Bert Şufs vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” bir növ şərqdən qərbə uzanan yoldur. ”Cənub Qaz Dəhlizi”ndən danışarkən qeyd etməliyik ki, Belçika şirkətləri artıq bu layihə ilə maraqlanırlar. TAP layihəsində  19 faiz Belçikanın “Fluxys” şirkətinə məxsusdur”, - deyə vurğulayan səfir söyləyib ki, “Cənub Qaz Dəhlizi”nin inşası sayəsində Azərbaycan həmçinin tranzit ölkəyə çevriləcək.

Görüşün sonunda səfir “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub. Müsahibə ilə www.caspianenergy.net saytında tanış ola bilərsiniz.

1news.az

Paylaş:
1175

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər