SOCAR mart ayında ixrac etdiyi xam neftin həcmini açıqlayıb
SOCAR 2017-ci ilin mart ayında Novorossiysk limanından 244 min 635 ton, Supsa limanından 178 min 703 ton, Ceyhan limanından 1 milyon 185 min 458 ton xam neft ixrac edib.
1news.az-ın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 404 min 413 ton, Supsa limanından 704 min 85 ton, Ceyhan limanından 3 milyon 906 min 969 ton xam neft ixrac edilib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
1news.az
796