Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir

09:23 - 03 / 04 / 2017
Ermənistan MSK: Parlamentə dörd partiya və blok keçir

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Hazırda 2009 məntəqədən 1501-nin protokolları MSK-ya daxil olub.

İlk yeri səslərin 49,32%-ni toplayan Respublika partiyası  tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,74%)  qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

Qeyd edək ki, parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər