Sumqayıtda binada yanğın olub, 30 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda binada yanğın olub, 30 nəfər təxliyə edilib

09:38 - 03 / 04 / 2017
Sumqayıtda binada yanğın olub, 30 nəfər təxliyə edilib

Bu gün səhər saatlarında Sumqayıt şəhərindəki binalardan birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər