“Azəri-Çıraq-Günəşli” üzrə bu il ARDNF-ə 1,6 milyard dollardan çox vəsait daxil olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəri-Çıraq-Günəşli” üzrə bu il ARDNF-ə 1,6 milyard dollardan çox vəsait daxil olub

23:35 - 03 / 04 / 2017
“Azəri-Çıraq-Günəşli” üzrə bu il ARDNF-ə 1,6 milyard dollardan çox vəsait daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 123 milyard 729 milyon ABŞ dolları gəlir əldə edib.

1news.az-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 1 milyard 620 milyon dollar vəsait daxil olub.

1news.az

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər