Aprelin 5-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin 5-nə olan hava proqnozu açıqlanıb

13:32 - 04 / 04 / 2017
Aprelin 5-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi  gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 12-17, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gecə və səhər bəzi yerlərdə  duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

1news.az

Paylaş:
1405

Son xəbərlər

Bütün xəbərlər