Aprel hadisələrində yaralanan məktəbli: “Böyüyəndə həkim olacağam” | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprel hadisələrində yaralanan məktəbli: “Böyüyəndə həkim olacağam”

14:10 - 04 / 04 / 2017
Aprel hadisələrində yaralanan məktəbli: “Böyüyəndə həkim olacağam”

“Əvvəlcə Vətənə olan borcumu yerinə yetirəcəyəm, sonra isə həkim olacağam”.

1news.az xəbər verir ki, bu sözləri Seydimli kənd orta məktəbinin VIII sinif şagirdi Sənan Vəlizadə deyib.

Ötən ilin aprel ayında erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində babası ilə birlikdə yaralanan 14 yaşlı Sənan Vəlizadə həmin günləri belə xatırlayır:

“Mən tez-tez babamgilə gedirdim. Babamla həyətdə oturub çay içirdik. Birdən həyətimizə mərmi düşdü və qəlpələrdən biri qoluma dəydi. Yenə də babamgilə gedirəm və orda həmin hadisə dərhal yadıma düşür. Dostlarım, həmyaşıdlarım həmişə məndən bu hadisə haqqında soruşur” .

Sənan hazırda Bakıda Uşaq Nevroloji Xəstəxanasında müalicəsini davam etdirir: “Mənə sinir zədələnməsi diaqnozu qoyuldu. Hazırda mütəmadi olaraq anamla Bakıya gəlirik və həkim müayinəsindən keçirəm”.

Sənan Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alarkən təhsil naziri Mikayıl Cabbarovla görüşünü də xatırlayıb:

“Görüşdə təhsil naziri mənə çoxlu kitab göndərəcəyini dedi. Bir neçə gün sonra hədiyyələrimi aldım. Kitabların hamısını bəyəndim. “ Qılınc və qələm” əsərini sevə-sevə oxudum”.

Səhhəti ilə bağlı dərslərindən yayınsa da Sənan məqsədinə çatmaq üçün çalışacağını deyir:

“Bizim rayonda mənim yaşıdlarım, uşaqlar heç nədən qorxmur, biz güllə səsinə öyrəşmişik. Böyüyəndə vətənə xidmət borcumu yerinə yetirdikdən sonra həkim olacağam”

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb. İntensiv atəş nəticəsində Goranboyun Tapqaraqoyunlu, Tap, Ağdam rayonun Sarıcalı, Ayaq Qərvənd, Təzəkənd, Rzalar, Tərtər rayonun Qapanlı, Qarağacı, Hacı Qərvənd, Tərtər şəhər 6 saylı ümumi təhsil müəssislərinə ziyan dəyib.

1news.az

Paylaş:
661

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTOBu gün, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya XidmətiBu gün, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHIBu gün, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRARBu gün, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edibBu gün, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıbBu gün, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürübBu gün, 15:13DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02
Bütün xəbərlər