“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib – FOTO

16:12 - 04 / 04 / 2017
“Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib – FOTO

Aprelin 4-də Bakıda “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfrans keçirilib.

1news.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransı giriş sözü ilə açan Komitə sədrinin müavini Niyazi Rəhimov sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyaların, yeni yanaşmaların və ixtiraların tətbiqinin həlledici əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, əqli mülkiyyət hüquqlarının qorunması təkcə sənaye və ticarət kontekstində deyil, müasir dövrdə mədəniyyət sferasında da aktuallığını qoruyur.

Əqli mülkiyyətin həm iqtisadi, həm sosial-elmi, həm də mədəni əhəmiyyətini xüsusi vurğulayan N.Rəhimov bildirib ki, patent hüququ obyektlərinin mühafizəsi sənayenin effektivliyinə təsir etməklə yanaşı, ölkəmizdə elmi biliklərin aşılanmasına, mədəni irsin qorunmasına, tarixən əldə olunmuş nüfuzun, intellektual komponentlərin gələcək nəslə ötürülməsinə mühüm vasitədir. O, Prezident İlham Əliyev tərəfindən 29 dekabr 2012-ci il tarixində təsdiq edilmiş “Azərbaycan-2020. Gələcəyə baxış” İnkişaf konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə olunması ilə bağlı konseptual yanaşmanın ortaya qoyulduğunu bildirib.

Komitə sədrinin müavini I vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən bu sahədə görülmüş işlərin nəticəsində beynəlxalq təşkilatlarda mədəni irsin təbliği və tanıdılması, həmçinin mühafizəsi istiqamətində uğurlar əldə edildiyini qeyd edib:

“Azərbaycanın birinci xanımının səyləri nəticəsində bu gün Avropanın müxtəlif ölkələrinin mədəniyyət mərkəzlərində, ən böyük teatr, konsert salonlarında incəsənət ustalarımızın ifaları səslənir, rəssamlarımızın əsərləri sərgilənir, mədəni irsimizin qədim və müasir nümunələri nümayiş etdirilir”.

Əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarəolunması üçün Azərbaycanda müasir hüquqi-normativ baza yaradıldığını bildirən N.Rəhimov  bu sahədə institutsional islahatların davam etdiyini bildirib. Prezidentin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə “Patent və Əmtəə Nişanları Mərkəzi”nin yaradılması tapşırığını bu islahatların davamı olduğunu sözlərinə əlavə edib.

Mədəniyyət və turzim nazirinin muavini Ədalət Vəliyev çıxışında Azərbaycanın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixinə malik olduğunu, ölkəmizin musiqi diyarı kimi tanındığını, musiqi ənənələrin nəsildən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olduğunu bildirib. Milli musiqi alətlərinin inkişafının incəsənətin vacib amili kii qiymətləndirən Ə.Vəliyev bu sahədə yeniliklərin aşılanmasında konfransın əhəmiyyətini xüsusi qeyd edib.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın, milli musiqi alətlərimizin, Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin və digər mədəniyyət nümunələrinin ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə dəfərlərlə cəhd edildiyni lakin bu cəhdlərin qarşısının alındığını və milli mənəvi dəyərlərimizin qorunduğunu bildirib. O bu istiqamətdə görülmüş işlərin davamı kimi konfransın mövzusunu yüksək qiymətləndirib.

Konfransda həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini Afət Mikayılov, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov və digərləri çıxış ediblər.

Daha sonra plenar iclas öz işinə başlayıb. Konfransda “Mədəniyyətin ənənəvi ifadəsinin patentlə qorunmasının xüsusiyyətləri”, “Milli musiqi alətlərinin təkmilləşdirilməsi istiqamətləri və problemləri”, “Azərbaycanın qədim musiqi alətlərinin bərpa ənənələri”, “Orqanologiya sahəsində Azərbaycan milli alətlərinin elmi nailiyyətləri”, “Qarmon alətində təkmilləşmə işi”, “Saz aləti tarixi-semiotik informasiyanın daşıyıcısı kimi” mövzularında məruzələr dinlənilib.

 1news.az

 

 

 

Paylaş:
1114

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər