Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

17:23 - 04 / 04 / 2017
Mərkəzi Bank sabah üçün manatın dollara qarşı məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın məlumatına görə, USD/AZN rəsmi məzənnəsi 1,7140 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib. Beləliklə, manat dollara nisbətən 0,6% möhkəmlənib.

Onu da qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşıb.

1news.az

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər