Şəmkirdə dəhşətli yanğın: 33 yaşlı kişi evdə yanaraq öldü

Şəmkirdə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli ev yanıb.
Hadisə zamanı ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikili və ümumi sahəsi 80 m2 olan talvar da yanıb.
Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib.
Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
617