Dünya reytinqi açıqlandı - futzal millimiz neçəncidir? | 1news.az | Xəbərlər
Futbol

Dünya reytinqi açıqlandı - futzal millimiz neçəncidir?

23:09 - 04 / 04 / 2017
Dünya reytinqi açıqlandı - futzal millimiz neçəncidir?

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.

1news.az qol.az-a istinadə xəbər verir ki, Azərbaycan millisi 1437 xalla dünya reytinqindəki mövqeyini qoruyub.

Yımamız əvvəlki aylarda olduğu kimi yenə 10-cu pillədə qərarlaşıb. Lakin millimiz aktivinə 2 xal əlavə edib.  Buna komandamızın Moldova ilə 2 yoxlama oyunda qazandığı qələbələr (6:1), (3:2) səbəb olub.

İlk onluqda aşağıda millilər yer alıb:

1. Braziliya – 1916

2. İspaniya – 1889

3. Rusiya – 1763

4. Argentina – 1706

5. İtaliya – 1619

6. İran – 1595

7. Portuqaliya – 1570

8. Ukrayna – 1483

9. Qazaxıstan – 1451

10. Azərbaycan – 1437

1news.az

Paylaş:
768

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər