Bu il Ceyhan limanından 5,8 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

Cari ilin mart ayı ərzində 1 milyon 731 min 455 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, bu həcmin 1 milyon 94 min 695 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Bu ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 5 milyon 863 min 177 ton təşkil edib.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il aprel ayının 1-dək Ceyhan limanından 325 milyon 697 min 776 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
1news.az
878