Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir

10:41 - 05 / 04 / 2017
Bakı-Gəncə-Bakı ekspress qatarı  ləğv edilir

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

1news.az-ın “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, belə hallar həmin qatarın mənzil başına çatmasında gecikmələr yaradır.

Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə  Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarı  ləğv edilir.

1news.az

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər