İranda güclü zəlzələdə ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB
İranın Xorasan-Rəzəvi əyalətinin Sefidsəng (“Ağdaş”) bölgəsində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
1news.az “Report”a istinadən xəbər verir ki, yeraltı təkanlar 33 km dərinlikdə meydana gəlib.
Məlumata görə, zəlzələ ölkənin Məşhəd şəhərindən 76 km qərbdə baş verib.
İran KİV-i ölkənin Cənubi Xorasan əyalətinin Şuşef şəhərində isə 11 dəfə zəlzələ baş verdiyi barədə məlumat yayıb. İlk yeratlı təkanın 4,7 bal gücündə olduğu bildirilib. Məlumata əsasən, ölkənin Urmiya əyalətinin Xoy şəhərində isə 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
İranın Qızıl Aypara Cəmiyyəti Cənubi, Şimali və Xorasan-Rəzəvi əyalətlərindəki bütün xəstəxanalarda hadisə ilə bağlı hazırlıq işləri görülüb.
Məlumata görə, təbii fəlakət nəticəsində 4 kənddə dağıntı olub.
11:29
İranın Məşhəd şəhərində 6.1 bal gücündə zəlzələ olub.
Bu haqda 1news.az Haberturk-ə istinadla məlumat verilib.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdu.
1news.az