FİFA yeni reytinq cədvəlini açıqladı: Millimizin mövqeyində dəyişiklik | 1news.az | Xəbərlər
Futbol

FİFA yeni reytinq cədvəlini açıqladı: Millimizin mövqeyində dəyişiklik

13:16 - 06 / 04 / 2017
FİFA yeni reytinq cədvəlini açıqladı: Millimizin mövqeyində dəyişiklik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandamız ötən ayla müqayisədə 2 pillə irəliləyib.

Martın 9-da yoldaşlıq oyununda Qətərə 2:1 hesabı qalib gəlib, martın 26-da DÇ-2018-in seçmə mərhələsində Almaniyaya 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb və 87-ci pillədə qərarlaşıb.

Komandamızın “DÇ-2018”in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1464 xalla 3-cü (0),  Şimali İrlandiya 823 xalla 26-cı (+9),  Çexiya 679 xalla 46-cı (-4), Norveç 387 xalla 86-cı (-5), San Marino isə 12 xalla 204-cü (-1) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1661 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.

1news.az

Paylaş:
704

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər