Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

13:42 - 06 / 04 / 2017
Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

Bu gün “Baku Expo” Mərkəzində olan XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisinin açılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə,  Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi, həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Dünya Turizm Təşkilatı (“UNWTO”) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF-2017”nın əhəmiyyətindən danışaraq onun regionun ən böyük sərgisi olduğunu söyləyib.

Sərginin Azərbaycanda keçirilməsinin artıq ənənə halını aldığını deyən nazir bildirib ki, keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib. Son illər ölkəmizin turizm sahəsində qazandığı uğurlardan söz açan nazir qeyri-neft sektoru sahəsi olan turizmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər də ənənəvi olaraq keçirilən sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Aprelin 8-dək davam edəcək sərgidə ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilindəki istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən stendlər yer alıb. Bu il ilk dəfə sərgidə Kolumbiya və Kuba da iştirak edir.

1news.az

Paylaş:
761

Son xəbərlər

Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşübBu gün, 14:52Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıbBu gün, 14:47Silahlı şəxs tutulduBu gün, 14:45Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib - FOTOBu gün, 14:41Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yeni piyada keçidi tikilirBu gün, 14:32Bakıda dünya dini liderlərinin görüşü keçirilirBu gün, 14:22XalqKartı pulsuz əldə edin!Bu gün, 14:17Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edibBu gün, 14:14Hərbi attaşelər Daxili Qoşunların Ali Hərbi Məktəbini ziyarət ediblərBu gün, 13:54Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanınBu gün, 13:48Bakıda mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürülübBu gün, 13:35“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıbBu gün, 13:33Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilibBu gün, 13:27İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edibBu gün, 13:24Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıbBu gün, 13:11Sabah külək olacaq, dolu düşəcək - ProqnozBu gün, 12:51Ağacların qanunsuz kəsilməsinə görə təbiətə 57 min manatdan çox ziyan vurulubBu gün, 12:11Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTOBu gün, 12:10İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1Bu gün, 12:08
Bütün xəbərlər