Bakı Dairəvi-1 avtomobil yolunda hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Dairəvi-1 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

11:16 - 06 / 04 / 2017
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkət məhdudlaşdırılır

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

1news.az-ın ASC-yə istinadla verdiyi xəbərə görə, analoji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunda aparılır. Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.

 “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər