ABŞ-ın raket zərbələri nəticəsində azı 15 Suriya təyyarəsi məhv olub

ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən Suriyanın “Şayrat” hərbi bazasına endirilən raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib.
Bundan əlavə, aerodromdakı yanacaq sisternləri də yanıb. Yanğın indiyədək söndürülməyib. Bir qədər əvvəl zərbə nəticəsində 6 nəfərin, o cümlədən bir pilotun həlak olduğu barədə məlumat yayılıb. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.
Interfax
795