Son 3 ayda ölkəmizə gələn xarici turistlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Son 3 ayda ölkəmizə gələn xarici turistlərin sayı açıqlanıb

18:00 - 07 / 04 / 2017
Son 3 ayda ölkəmizə gələn xarici turistlərin sayı açıqlanıb

Azərbaycan Respublikası Turizm Şurasının üçüncü iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aprelin 10-da işə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın 2-ci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti və 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub.

Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və bu sahənin inkişafında təsdiq olunan Strateji Yol Xəritəsi mühüm rol oynayacaq.

Nazir Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb.

Statistik rəqəmləri diqqətə çatdıraraq son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayının 557 min nəfərdən artıq olduğunu bildirib. Qeyd olunub ki, xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk onluqda isə birinci yeri Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Əərəb Əmirliklərindən gələnlər yer alır.

Turizm Şurası və Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan Əbülfəs Qarayev Novruz bayramı ərəfəsində həyata keçirilən layihələrdən söz açıb. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, digər regionlarda da həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam etməkdədir. Bundan əlavə, bu gündən etibarən 5 gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər başlayacaq.

Treninqlər Vergilər Nazirliyinin mütəxəssisləri və Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən həyata keçirilir. Festivalda 40-a qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və KİV, tərəfdaşımız olan AZƏRTAC informasiya agentliyi cəmiyyəti festivalla bağlı məlumatlandırır.

Vurğulanıb ki, festivalın uğurla reallaşması aidiyyəti qurumların əlaqəli fəaliyyətindən asılıdır: “Bundan sonra da əlaqədar strukturlarla birgə çalışaraq qarşıya çıxan çətinlikləri birlikdə həll edəcəyik”.

Ə.Qarayev Ticarət festivalı günlərində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını daha da artıracağını deyib.

Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün ölkə başçısının 20 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib. Bu sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan əlaqədar qurumlara işin gedişi ilə bağlı müvafiq tövsiyələr verilib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova Ticarət festivalına hazırlıqla bağlı hesabatla çıxış edib. Bildirib ki, festivala hazırlıqla bağlı məsələlər Turizm Şurasının 28 fevral 2017-ci il tarixdə keçirilən iclasında geniş müzakirə edilib. Ötən dövr ərzində əlavə işlər işlər görülüb, əlaqədar qurumlar bu işlərin həyata keçirilməsində yaxından iştirak ediblər: “Festival geniş təbliğ edilmiş, ƏDV-nin qaytarılması ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılıb. Bununla bağlı xüsusi maarifləndirici verilişlər yayımlanıbr. ƏDV-nin qaytarılması proqramı üzrə normativ baza uğurla tamamlanıb. Xidmət şəbəkəsi üzrə hazırlıq işləri, o cümlədən proqram təminatı, müvəkkil banklar, ƏDV köşklərinin quraşdırılması və s. yekunlaşıb. Festivalın 7 ölkədə təbliğatı bağlı da işlər uğurla davam etdirilir”.

Qeyd olunub ki, festival boyunca əyləncəli və mədəni tədbirlər keçiriləcək. Bu tədbirlər şəhərin ən sıx turist axını olan nöqtələrində reallaşacaq. Məqsəd isə mədəni irsin təbliği və mədəniyyətimizin tanıdılmasından ibarətdir. Bakı şəhəri ticarət və əyləncə ab-havasına hazırlanır. Festivalın saytı 1 mart tarixindən fəaliyyətə başlayıb və ay ərzində 57 min istifadəçi saytı ziyarət edib. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon dəfə baxılıb, 600 min nəfər buna münasibət bildirib.

O da bildirilib ki, festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı festival boyunca davam edəcək.

İclasda həmçinin hava limanında köşklərin yerləşdirilməsi, Dövlət Gömrük Komitəsi ilə festival çərçivəsində ölkəyə gətirilən mallara imtiyaz verilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, eləcə də digər qurumların festivala dəstək verməsi müzakirə olunub.

Daha sonra iclas 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın müzakirəsi ilə davam edib.

Nazir Əbülfəs Qarayev bildirib ki, Turizm Şurası bu mötəbər tədbirdə yaxından iştirak edərək öz töhfəsini verməlidir. Diqqətə çatdırılıb ki, Forum BMT səviyyəsində dəstəklənəcək və tədbir BMT-nin rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq.

1news.az

Paylaş:
870

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər