Stokholmda hadisədə zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırılır | 1news.az | Xəbərlər
Dünya

Stokholmda hadisədə zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırılır

19:34 - 07 / 04 / 2017
Stokholmda hadisədə zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırılır

“Stokholmda baş vermiş hadisədə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi İsveçdəki səfirliyimiz tərəfindən bu ölkənin müvafiq orqanları vasitəsi ilə araşdırılır”.

1mews.az xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Stokholmda yük maşınını idarə edən sürücü avtomobili insanların üstünə sürüb. Hadisə nəticəsində hələlik 3 nəfərin öldüyü, çoxsaylı yaralının olduğu deyilir.

Hadisəni törədən şəxs saxlanılıb. İsveçin baş naziri Stefan Loven əlamətlərə görə hadisənin terror aktı olmasının ehtimal edildiyini bildirib.

1news.az

Paylaş:
780

Son xəbərlər

Bütün xəbərlər