Biləsuvarda 3 otaqlı ev yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda 3 otaqlı ev yanaraq kül oldu

10:15 - 07 / 04 / 2017
Biləsuvarda 3 otaqlı ev yanaraq kül oldu

Biləsuvar rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
717

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər