Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə tədbir keçirilib - FOTO
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq “Akademik yazı və nəşr işləri” mövzusunda tədbir keçirilib.
1news.az-ın Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumatına görə, tərəflər akademik yazı və nəşr işlərinə qoyulan tələblər haqqında brifinqlər təqdim edib, magistr dissertasiyalarına qoyulan tələblərə dair müzakirələr aparıblar.
Bundan əlavə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ilk dəfə magistr dissertasiyasının müdafiəsinin qəbulu akademiyanın professor-müəllim heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilib. Magistr dissertasiyaları ekspertlər tərəfindən müsbət qiymətləndirilib. Dinləyicilərə dissertasiya işlərinin yazılması üzrə ekspert rəyləri verilib.
1news.az