Rusiya və İran Suriyaya raket zərbələri endirən ABŞ-ı tənqid ediblər – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiya və İran Suriyaya raket zərbələri endirən ABŞ-ı tənqid ediblər – VİDEO

12:02 - 07 / 04 / 2017
Rusiya və İran Suriyaya raket zərbələri endirən ABŞ-ı tənqid ediblər – VİDEO

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya ərazisində yerləşən aviabazaya və aerodroma raket zərbələri endirib.

1news.az-ın məlumatına görə, ABŞ tərəfi bu addımını Suriya ordusunun  İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq atdığını deyib.

ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.

ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb.

Qeyd edək ki, ABŞ-ın Suriyada obyektlərə raket zərbələri endirməsinə münasibətlər müxtəlifdir. Belə ki, bəzi ölkələr ABŞ-ı dəstəkləsə də, onu tənqid edənlər də var.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.  

İran da ABŞ-ın Suriya ordusunun aviabazasına hücumunu qəti şəkildə pisləyib. Rəsmi Tehran hesab edir ki, Suriya ordusunun mövqelərinə endirilmiş zərbələr terrorçuların mövqelərini möhkəmləndirəcək, habelə Suriyadakı durumu daha da çətinləşdirəcək.

Rusiya və İrandan fərqli olaraq Türkiyə ABŞ-ın Suriya rejiminə aid aviabazaya raket zərbələri endirməsini müsbət qiymətləndirib.

1news.az

Paylaş:
758

Sizin üçün xəbərlər

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər