Bakıda şəhid əsgərin ailəsinə medal təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda şəhid əsgərin ailəsinə medal təqdim edilib - FOTO

18:52 - 08 / 04 / 2017
Bakıda şəhid əsgərin ailəsinə medal təqdim edilib - FOTO

Fevralın 25-də cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Cəfərov Zakir Nazim oğlunun ailəsinə “Şücaətə görə” medalı təqdim edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Abdulla Qurbani, general-mayor Rasim Əliyev, Nizami rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Medal şəhid Z. Cəfərovun qardaşı Camala təqdim edilib.

 

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər