Dənizdə naməlum kişi meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə naməlum kişi meyiti aşkarlanıb

12:49 - 09 / 04 / 2017
Dənizdə naməlum kişi meyiti aşkarlanıb

Dənizdə aşkarlanan kişi cəsədinin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

1news.az xəbər verir ki, bu barədə bir neçə qurumun aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargahdan Azərtac-a məlumat verilib.

Bildirilib ki, təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

1news.az

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər