Sabah şimşək çaxacağı, yağış yağacağı gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah şimşək çaxacağı, yağış yağacağı gözlənilir

13:32 - 09 / 04 / 2017
Sabah şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Havanın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
446

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər