“Zirə” – “İnter” oyununda heç-heçə, “Sumqayıt” AZAL-ı məğlub etdi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Zirə” – “İnter” oyununda heç-heçə, “Sumqayıt” AZAL-ı məğlub etdi – VİDEO

20:19 - 10 / 04 / 2017
“Zirə” – “İnter” oyununda heç-heçə, “Sumqayıt” AZAL-ı məğlub etdi – VİDEO

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub.

1news.az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

İlk olaraq “Zirə” “İnter”i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da “İnter” ən azı bürünc medalı özü üçün təmin edib.

Digər oyunda isə AZAL “Sumqayıt”ı qəbul edib və 1:2 hesabı ilə məğlub olub.

Topaz Premyer Liqası

XXV tur

10 aprel (bazar ertəsi)

AZAL – “Sumqayıt” - 1:2

Qollar: Ruslan Əmircanov, 42 - Amil Yunanov, 22, Mirabdulla Abbasov, 63

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 0:1

“Zirə” – “İnter” - 1:1

Qollar: Riçard Qadze, 19 - Rauf Əliyev, 12

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1

1news.az

Paylaş:
716

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər