Şamaxıda ev yanıb, bir nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda ev yanıb, bir nəfər xilas edilib

20:42 - 10 / 04 / 2017
Şamaxıda ev yanıb, bir nəfər xilas edilib

Şamaxı şəhərində mənzildə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 79 m² olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı bir nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər