Sabirabadda yük maşını “VAZ”la toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda yük maşını “VAZ”la toqquşub: ölən var

09:29 - 10 / 04 / 2017
Sabirabadda yük maşını “VAZ”la toqquşub: ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən ağır qəza baş verib.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlu ölüb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsəd çıxarılaraq aiddiyyəti üzrə təhvil verilib.

1news.az

 

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər