Dmitri Nazarov dubl etdi, komandası vacib qələbə qazandı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Dmitri Nazarov dubl etdi, komandası vacib qələbə qazandı - VİDEO

11:02 - 10 / 04 / 2017
Dmitri Nazarov dubl etdi, komandası vacib qələbə qazandı - VİDEO

Almaniya II Bundesliqasında 28-ci turun oyunları keçirilib.

1news.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” öz meydanında “Münhen 1860”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça start heyətində başlayan Nazarov oyunu əvəzolunmadan keçirib. O, dubl edərək komandasının qələbəsində önəmli rol oynayıb. Milli üzvü 42 və 73-cü dəqiqələrdə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, 28 oyundan sonra aktivində 32 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
829

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər