Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib

13:53 - 11 / 04 / 2017
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib

Aprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Qeyd edək ki, səfər aprelin 14-dək davam edəcək.

1news.az

Paylaş:
785

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər