Diyarbəkirdə güclü partlayış baş verib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Diyarbəkirdə güclü partlayış baş verib – FOTO

12:56 - 11 / 04 / 2017
Diyarbəkirdə güclü partlayış baş verib – FOTO

Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış olub.

Partlayış Diyarbəkirin Bağlar qəsəbəsində polis məktəbi yaxınlığında baş verib.

Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib. Hələlik fövqəladə vəziyyətlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Diyarbəkirdə PKK aktiv surətdə fəaliyyət göstərir. Dəfələrlə PKK-ya qarşı Türkiyənin təhlükəsizlik qüvvələri antiterror əməliyyatları keçirib.

Milliyet

Paylaş:
1100

Son xəbərlər

Bütün xəbərlər