Kliçko sabah Bakıya gəlir
Kiyev meri Vitali Kliçko 13-14 apreldə Azərbaycanda səfərdə olacaq.
Bu barədə 1news.az-a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Kliçko səfər zamanı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslərlə görüşəcək.
Səfərin əsas məqsədi Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı ölkəmizin təcrübəsini öyrənməkdir.
Pərvanə Sultanova
648