Vladimir Putin ABŞ-ın dövlət katibi ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu qəbul edib.
1news.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.
Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.
Görüşün təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl S.Lavrov və R.Tillerson arasında beş saat davam edən danışıqlar baş tutub.
1news.az
2700