Filippində 5,8 bal gücündə zəlzələ olub
Aprelin 12-də Filippinin Mindanao adasında 5,8 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Osias yaşayış məntəqəsindən 7,9 kilometr şimalda, ocağı isə 8,3 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.
AZƏRTAC
565