DİN rəhbəri: “Diyarbəkirdəki partlayış terror aktıdır”
Dünən Diyarbəkir rayon Polis İdarəsinin Bağlar prospektindəki yardımçı binasında təmir emalatxanasında baş verən partlayışterror aktıdır.
1news.az “cnnturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, terror aktı çöldən açılmış bir tunel vasitəsilə həyata keçirilib.
Nazir bildirib ki, əvvəlcə partlayışın emalatxanada xüsusi texnikanın təmiri zamanı baş verdiyi ehtimal edilirdi:
“Lakin araşdırma zamanı partlayışın tunel qazılaraq yerləşdirilən partlayıcı qurğu vasitəsi ilə törədildiyi məlum olub. Hazırda xəstəxanalarda 10-12 nəfər yaralımız var. İki nəfər isə həlak olub”.
Qeyd edək ki, hadisə ilə bağlı beş nəfər saxlanılıb.
Pərvanə Sultanova
595