BƏƏ-nin Federal Milli Şurasının sədri Azərbaycana dəvət olunub | 1news.az | Xəbərlər
Siyasət

BƏƏ-nin Federal Milli Şurasının sədri Azərbaycana dəvət olunub

15:58 - 13 / 04 / 2017
BƏƏ-nin Federal Milli Şurasının sədri Azərbaycana dəvət olunub

Səfir Daşqın Şikarov Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Federal Milli Şurasının sədri xanım Amal əl Qubaisi ilə görüşüb. 

1news.az-a səfirlikdən verilən məlumata görə, səfir ilk öncə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun adından xanım əl Qubaisini salamlayaraq, ölkələrimiz arasında siyasi münasibətlərin vəziyyəti barədə məlumat verib.

D.Şikarov Azərbaycanda ilk parlamentin yaradılması, ilk qadın deputatın seçilməsi, parlamentimizin bugünədək keçdiyi inkişaf yolu, ölkənin inkişafında qadınların rolu, dövlət və parlamentdə yüksək vəzifə tutan xanımlar barədə xanım əl Qubasini məlumatlandırıb. O, ölkənin inkişafında qadınların roluna toxunaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu yaxınlarda Birinci vitse-prezidenti təyin edildiyini, təyinatdan öncə isə millət vəkili olduğunu bildirib, Mehriban xanımın Azərbaycanda və digər ölkələrdə fəaliyyəti və xidmətləri barədə danışıb. Səfir Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın bir çox ölkələrdə humanitar və mədəni tədbirlər həyata keçirdiyini, bu xidmətlərinə görə bir sıra ölkələrin yüksək dövlət orden və medalları ilə təltif edildiyini diqqətə çatdırıb.

İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, parlamentlərarası təmasların elə də intensiv olmadığını deyən diplomat Azərbaycan tərəfinin bu münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Milli Məclisdə BƏƏ ilə əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini, BƏƏ Federal Milli Şurasında da belə bir qrupun yaradılmasının arzu olunduğunu bildirib.

Daşqın Şikarov Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf, həyata keçirilən nəhəng enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışaraq, bu layihələrin, həmçinin ölkəmizdə təşkil olunan müxtəlif iqtisadi, humanitar, idman və mədəniyyət tədbirlərinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verdiyini bildirib. Bu kontekstdə o, cari ilin 12-22 may tarixlərində ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini, BƏƏ rəsmilərinin bu oyunlarda iştirakının arzu olunduğunu bildirərək, Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Amal əl Qubaisiyə ünvanlanmış dəvət məktubunun surətini təqdim edib. Azərbaycan tərəfinin xanım əl Qubaisinin oyunlarda iştirak etməsi, yaxud bu mümkün olmadıqda digər uyğun zamanda Azərbaycana səfər etməsindən çox məmnun olacağını vurğulayıb. Azərbaycanın turistik imkanları, görməli yerləri barədə məlumat verərərək, səfir 2016-cı ildə BƏƏ-dən Azərbaycana gedən turistlərinin sayının 30 dəfə artdığını, bu il daha böyük rəqəm gözlənildiyini, bunun Azərbaycanın BƏƏ-yə verdiyi önəmin və BƏƏ-dən gələn turistlərə göstərilən qonaqpərvərliyin nəticəsi olduğunu qeyd edib.

Səfir Dağlıq Qarabağ münaqişəsi barədə də xanım əl Qubaisiyə məlumat verərək, Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, münaqişə nəticəsində Azərbaycana külli miqdarda humanitar, mədəni və iqtisadi zərər dəydiyi, işğal olunmuş torpaqlarda İslam irsinə zərər vurulduğu, bu torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin davam etdirliyi barədə danışıb. Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımına toxunan səfir, faciənin Pakistan, Meksika, Kolumbiya, Peru və digər ölkələr, ABŞ-ın bir sıra ştatları, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını bildirib. O, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsinin ölkəmizin sıx əməkdaşlığının nəticəsi olduğunu əlavə edərək, bu faciəyə BƏƏ-də dövlət səviyyəsində qiymət verilməsinin arzu olunduğunu qeyd edib.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın vəziyyəti barədə məlumat verən D.Şikarov, əlaqələrin artırılması məqsədilə müvafiq işlərin görüldüyünü, Azərbaycanın istehsaçlı şirkətlərinin BƏƏ-də keçirilən sərgilərdə iştiraka, məhsullarının, xüsusən kənd təsərrüfatı mallarının bu ölkəyə ixracında maraqlı olduqlarını deyib. Cari ilin 19-20 aprel tarixlərində Əbu Dabidə İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclasının keçiriləcəyini, iclasda iştirak etmək məqsədilə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə böyük nümayəndə heyətinin BƏƏ-yə səfər edəcəyini, səfər çərçivəsində BƏƏ-nin sərmayədarları və böyük şirkətləri ilə görüşün keçirilməsinin arzu olunduğunu diqqətə çatdırıb. Səfir son zamanlar BƏƏ-dən Azərbaycana turist axının gücləndiyini, birbaşa təyyarə uçuşlarının artması və viza rejiminin sadələşdirilməsi nəticəsində turist sayının daha da çoxaldığını, bu səbəbdən yeni infrastruktur layihələri üçün imkanlar yarandığını və bu imkanlardan BƏƏ sərmayədarlarının istifadə edə biləcəyini qeyd edib.

Amal əl Qubaisi ətraflı məlumata görə təşəkkürünü bildirərək, BƏƏ tərəfinin də Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, rəhbərlik etdiyi Federal Milli Şurada Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə dostluq qrupunun yaradılması məsələsinə baxılacağını, parlamentlərarası əməkdaşlığın hüquqi əsasının yaradılmasının arzu olunduğunu deyib. Xanım əl Qubaisi bu məqsədlə iki ölkənin parlamentləri arasında əməkdaşlıq üzrə anlaşma memorandumu layihəsinin göndəriləcəyini də əlavə edib.

IV İslam Həmrəyliyi Oyunlarında iştiraka dəvətə görə minnətdarlığını bildirən xanım əl Qubaisi Azərbaycan barədə, ölkəsindən Azərbaycana turistlərin marağının artıdığını eşitdiyini bildirib, hələ Azərbaycanda olmadığını təəssüflə qeyd edib. Xanım əl Qubaisi öz ölkəsindən olan turistləri Azərbaycanda təbiət, görməli yerlər və mətbəxlə yanaşı, Azərbaycanlıların qonaqpərvərliyinin də cəlb etdiyini bildirib. O, dəvətə görə təkrar təşəkkürünü bildirərək, ilk fürsətdə Azərbaycana səfər imkanının müsbət dəyərləndiriləcəyini vurğulayıb, salam və ən xoş arzularını Mehriban xanım Əliyevaya və Milli Məclisin spikeri Oqtay Əsədova çatdırılmasını xahiş edib.

Pərvanə Sultanova

Paylaş:
1135

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər