Çempionlar Liqasında gecənin nəticələri | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında gecənin nəticələri

10:10 - 13 / 04 / 2017
Çempionlar Liqasında gecənin nəticələri

Dünən gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

1news.az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma keçirilib.

Günün ilk matçı Dortmundda oynanılıb. “Borussiya” - “Monako” görüşü dünən keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı. Bugünkü matçda "Monako" 3:2 hesabı ilə qalib gəlib.

Əsas diqqətlər Münhenə yönəlib. “Bavariya” öz meydanında “Real”ı qəbul edib. Erkən final adlandırılan görüşdə qonaqlar qalib gəlib - 2:1.

Madriddə keçiriləcək matda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma İspaniya klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

22:45. "Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 1:2

Qol: Arturo Vidal, 25 (1:0), Ronaldo, 47 (1:1), 77 (1:2)

Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")

Reallaşdırılmayan penalti: Arturo Vidal, 45+1 ("Bavariya")

 

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Lester" (İngiltərə) - 1:0

Qol: Qrizmann, 28-pen.

 

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa) - 2:3

Qol:Mbappe, 19 (0:1), Bender, 35-avtoqol (0:2), Dembele, 57 (1:2), Mbappe, 79 (1:3), Kaqava, 84 (2:3)

1news.az

Paylaş:
791

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər