Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlimi davam etdirir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlimi davam etdirir

14:05 - 14 / 04 / 2017
Ermənistan silahlı qüvvələri Ağdamda hərbi təlimi davam etdirir

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimi davam etdirirlər.

1news.az APA-ya istinadən xəbər verir ki, ermənilər dünəndən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb.

Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir.

Paylaş:
941

Son xəbərlər

Bütün xəbərlər